Bacı qardaşın həlak olduğu ağır qəzanın TƏFƏRRÜATI

02.02.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakı-Quba avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən hadisə fevralın 1-də saat 20:00-da Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 99-cu km-də qeydə alınıb.

“Sürücü 1998-ci il təvəllüdlü Fərid Ələddin oğlu Mirzəyevin “Chevrolet” markalı, 90-RY-234 dövlət nömrə nişanlı avtomobili Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yol kənarında dayanan “Volvo” markalı yük maşınına çırpılıb. Nəticədə “Chevrolet” markalı avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və 2002-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью