Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Bu ilin yanvarında vəfat edən müğənni Fatih Ürekin bütün əşyalarını bacıları satır.
Axşam.az xəbər verir ki, bacıları onun evləri, avtomobilləri, zinət əşyaları və geyimlərinin bir qismini satıb, digərini də satışa qoyub.
"Paltarlarını satacağıq. Çox paltarı var. Zinət əşyalarınının bir hissəsini satdıq. Çox da sərvəti yoxdur. Banklara və vergi borcu var. Avansları var idi, xəstə olanda geri qaytarmalı olub. Çox şükür, əşyaları borclarını ödədi. Kürklərini və dəyərli ayaqqabılarını da satacağıq. Evlərini satıb, bacıları arasında bölüb ev alacağıq" deyə, mərhumun bacısı açıqlayıb.
Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanıb. Sənətçi 3,5 ay koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.
Onun Bodrumda 170 milyon lirə (9 milyon manatdan çox) dəyərində malikanə, Ataşehirdə 5 mənzil, 6 milyon lirə (330 min manat) dəyərində avtomobil, bankda nağd pul, brilyant və qızıl zinət əşyaları miras qoyduğu bildirilir.