“Bacım dedi ki, niyə Teymur əminin qulağından birini vurmadın? | Icma.az
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Bacım dedi ki, niyə Teymur əminin qulağından birini vurmadın?
Müğənni Mətanət Əsədova illər öncə mərhum sənətçi Teymur Mustafayevlə muğam oxuyarkən başına gələn hadisədən danışıb.Xəbər verir ki, sənətçi bu barədə “Pərvizə görə” verilişində söz açıb:“Verilişlərin birində rəhmətli Teymur Mustafayevi dəvət etmişdilər.
Biz orada ciddi muğam oxuyuruq. Aparıcı qulağına deyir ki, “tüfəng”i oxu.
Mən də elə düşünürəm ki, “Boz at səni sərtövlədə saxlaram”ı nəzərdə tutur. Ömür boyu bicliyim olmayıb.
Bir də görürəm, kişi ordan deyir ki, tüfəngim paslanıb. Mənasını da bilmirəm, əlimi vurub gülürəm.
Efirdən sonra deyirlər, ay Mətanət, sən bilirsən o nə deyir? Deyir ki, tüfəngim paslanıb ata bilmirəm.
Başa saldılar ki, bu, o demək deyil, bu deməkdir. Bir də görürəm, məndən böyük bacım qızı, Hacıxanım yığıb, deyir ki, sənə niyə belə deyir?
Başa salır ki, sənə buna görə belə deyir. Ay bala, ciddi muğam oxuyurduq, sən niyə belə etdin? Hamısı saflığımdan, mən də gülürəm.
Tam oxu
Xəbəri oxu