Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
44 yaşlı şəxs yaşadığı evdə bıçaqlanıb. Onu bıçaqlamaqda bacısı oğlu şübhəli bilinir.
Hadisə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Polisə məlumat daxil olub ki, 44 yaşlı Nüsrət Məmmədov yaşadığı evdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya aparılırb.
Nüsrət Məmmədovun bacısı deyir ki, oğlu, 21 yaşlı Zakir Məmmədov son vaxtlar özünə qapanıbmış. Dayısı ilə əvvəllər hər hansı bir ədavəti olmayıb.
İlkin məlumata görə, Zakir dayısı Nüsrətin əvvəlcə üzünə, daha sonra bədəninə bıçaq zərbələri endirib.
Yaralı Nüsrət Məmmədova Kliniki Tibbi Mərkəzdə yardım edildikdən sonra o evə buraxılıb. Zakir Məmmədovun saxlanılması istiqamətində əməliyyat keçirilir, faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Demokrat.az