Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.
Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir.
Bu iddianı səsləndirən isə kənar şəxs deyil, elə keçmiş deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.
Qaynarinfo Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O, əməkdaşımızla söhbətində bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur: "Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq.
Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım.
Yəni, bilənlər bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesini əlimizdən alıb".