Bacısı qızını öldürən kişi TUTULDU

30.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Yanvarın 30-u saat 13 radələrində Abşeron rayonu ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.
Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, Şakir Rzayev Türkan Allahverdiyevanın dayısıdır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью