Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Müğənni Günel Zeynalovanın bacısı Müşərrəf onunla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, Müşərrəf bacısını ad günü münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb. O, Günelə sağlamlıq, sənət yolunda yeni uğurlar, könlünü sevindirəcək bir ömür yoldaşı, sevgi dolu ailə və övlad sevinci arzulayıb:
“Canım bacım Gülüm, ad günün mübarək! Sən səhnədə səsinlə ürəklərə toxunan sənətçi, mənim üçünsə hər zaman əziz bacımsan. Yaxşı ki, anamızla atamız bizi dünyaya gətirib, bizə bir-birimizi bəxş ediblər. Sənin və qardaşımızın böyük bacısı olmaq mənim üçün böyük xoşbəxtlikdir. Yeni yaşın sənə sağlamlıq, könül rahatlığı, sənət yolunda yeni uğurlar və alqışlarla dolu səhnələr gətirsin. Qismətinə səni ürəkdən sevən bir ömür yoldaşı, sevgi dolu bir ailə, evinə uşaq gülüşü düşsün. Bütün gözəl günlərində bir yerdə olaq. Səni çox sevirəm, yaxşı ki, mənim bacımsan!”.