Bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

09.12.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyəzəndə bacısını öldürməkdə təqsirləndirilən Mustafazadə Səfər Əmrah oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aynur Rzayevanın sədrli etdiyi heyət tərəfindən baxılacaq.

Qeyd edək ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью