Bacısının vəzifəsi yüksəldildi KONKRET

24.02.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Koreyanın lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Koreya İşçi Partiyasının hazırkı qurultayı zamanı partiya iyerarxiyasında yüksəldilib.

KONKRET.az KCNA-ya istinadla xəbər verir ki, o, direktor müavini vəzifəsindən Partiya Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə keçirilib.

Kadr dəyişiklikləri Partiya Mərkəzi Komitəsinin ilk plenar iclasından sonra elan edilib. Kim Yo Çjon yeni təyin olunmuş Mərkəzi Komitənin on yeddi şöbə müdiri arasındadır.

Bu kadr dəyişikliklərini təsdiqləyən plenar iclas bazar ertəsi günü davam edən Partiya Qurultayı zamanı baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью