Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dietoloq Natali Rizzo hər gün badam yeməyin faydalarından danışıb.
Redaktor.az xəbər verir ki, həkim bu haqda “Today” qəzetinə danışıb.
O bildirib ki, badam sağlamlıq üçün ən faydalı qoz-fındıqlardan biridir.
Mütəxəssisin sözlərinə görə, təxminən 30 qram, yəni bir ovuc badamın tərkibində 6 qram protein və 4 qram lif var. Bundan əlavə, badam E vitamini və maqneziumla zəngindir. Bu maddələr ürək sağlamlığını qorumağa və yuxunu yaxşılaşdırmağa kömək edir.
Dietoloq qeyd edib ki, badam faydalı olsa da, çox yemək məsləhət deyil. Çünki 30 qram badamda təxminən 160 kalori var. O bildirib ki, gündə bir ovucdan artıq badam yemək artıq tam bir yemək qədər kalori qəbul etmək demək ola bilər.
Natali Rizzo həmçinin şəkərsiz və duzsuz badam seçməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI