Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Badamdar şosesində baş verən yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü sol zolaqda hərəkətdə olan “Lexus” markalı nəqliyyat vasitəsinə məhəl qoymadan həmin zolağa manevr edib. Nəticədə o, “Lexus”la toqquşub.
Zərbədən sonra idarəetmədən çıxan “Toyota Prius” əvvəlcə ayrıcı maneəyə çırpılıb, daha sonra hərəkət istiqamətini dəyişərək ən sağ zolağa keçib və yenidən bordürə dəyib. Avtomobil sonda yolun ortasında dayanıb.
Xoşbəxtlikdən qəza zamanı digər zolaqlarda nəqliyyat vasitələri olmayıb.
Nərmin