Badamdarda açıq ərazidə yanğın olub VİDEO

05.06.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda açıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.

Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью