Badamdarda dörd aydır bağlı qalan yol: Nə təmir var, nə də bərpa VİDEO

10.09.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, yol bu ilin mart ayında ərazidə sürüşmə riskinin olduğu əsas gətirilərək beton maneələrlə bağlanıb. Lakin aylardır ərazidə hər hansı təmir və ya bərpa işləri aparılmır.

Yolun bağlı olması 20-ci yaşayış massivinə gedib-gələn sakinlərin hərəkətini çətinləşdirir. Xüsusilə avtobus sərnişinləri yolun qarşısında düşərək məsafəni piyada getməli olurlar.

Qeyd edək ki, Baku TV iyul ayında da ərazidəki vəziyyəti işıqlandırıb. Həmin vaxt aidiyyəti qurumlardan bildirilib ki, ərazidə araşdırma aparılacaq, işçi qrupu yaradılacaq və layihələndirmə işlərindən sonra müvafiq tədbirlər görüləcək. Lakin sakinlərin sözlərinə görə, o vaxtdan ötən müddətdə də problemin həlli istiqamətində iş görülməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью