Badamdarda su xəttində qəza: Vəziyyət NƏ YERDƏDİR?

15.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparılır".

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildiriblər.

"Gecə saatlarından etibarən Səbail rayon Sukanal İdarəsi tərəfindən 11-ci Badamdar küçəsində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda su xəttinin bərpası yekunlaşmaq üzrədir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ötən gün Badamdar qəsəbəsində içməli su xəttində qəza baş verməsi səbəbindən içməli su küçələrə axıb. Sözügedən yoldan istifadə edən sürücülər də çətinliklərlə üzləşiblər.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью