Badamdarda yanğın FHN hadisə yerinə CƏLB EDİLDİ

10.08.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda açıq sahədə yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью