Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xocalının Badara kəndinə köçürük. Sağ olsun dövlətimiz, daha məcburi köçkünlükdən qurtulduq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Xocalının Badara kəndinə qayıdan keçmiş məcburi köçkün Süsəm Rüstəmova söyləyib.
Oğlu və gəlini ilə birlikdə doğma yurda qayıdan S.Rüstəmova uzun illər məcburi köçkün həyatı yaşadıqlarını, müxtəlif yerlərdə məskunlaşmağa məcbur olduqlarını bildirib. “Neçə-neçə yer dəyişdik, müxtəlif ünvanlarda yaşadıq. Nəhayət, indi doğma yurdumuza qayıdırıq. Şükür Allaha, öz yerimizə, torpağımıza dönürük”, - deyə o bildirib.
Məcburi köçkünlük illərində üzləşdikləri çətinlikləri xatırlayan S.Rüstəmova həmin dövrün onlar üçün olduqca ağır keçdiyini vurğulayıb: “Şükür Allaha, daha o çətin günlər geridə qaldı. Nə qədər əziyyət, nə qədər zülm çəkdik. Evimiz yox idi, eşiyimiz yox idi, heç nəyimiz yox idi”.