Badımcanı bişirməzdən əvvəl niyə duzlamaq lazımdır?

12.08.2026

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Badımcanı bişirməzdən əvvəl duzlamaq onun daha dadlı və yaxşı qızarmasına kömək edə bilər.

Medicina.az Top Santé-yə istinadən xəbər verir ki, badımcanı doğradıqdan sonra üzərinə iri duz səpib 30 dəqiqə–1 saat saxlamaqla artıq suyun çıxması təmin olunur. Daha sonra badımcan qısa müddət ərzində yuyulmalı və yaxşı qurudulmalıdır.

Bu üsul tərəvəzin acılığını azaltmağa, bişirmə zamanı çox yağ çəkməsinin qarşısını almağa və daha yaxşı qızarmasına kömək edir. Xüsusilə tavada qızartma, fritür və sobada hazırlanan yeməklər üçün faydalı hesab olunur.

Lakin gənc və az acı badımcanlarda bu mərhələ mütləq deyil. Buxarda və ya qısa müddət qrildə bişirilən badımcanı əvvəlcədən duzlamağa ehtiyac olmaya bilər.

Xanım,

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью