Badımcanlı kətə resepti

10.09.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk mətbəxinin sevilən xəmir yeməklərindən olan badımcanlı kətəni evdə asanlıqla hazırlamaq mümkündür. Mayasız xəmirlə hazırlanan bu yemək həm səhər yeməyi, həm də çay süfrəsi üçün yaxşı seçimdir.
Demokrat.az
sadə hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar
Xəmir üçün:
4 stəkan un
1 çay qaşığı duz
İlıq su
İçlik üçün:
3 ədəd böyük badımcan
1 ədəd soğan
1 diş sarımsaq
3 ədəd yaşıl bibər
2 ədəd qırmızı bibər
Yarım stəkan zeytun yağı
Duz
Qırmızı toz bibər
Pul bibər
Qara istiot
Kərə yağı
Hazırlanması
Əvvəlcə tavaya zeytun yağı tökün. Xırda doğranmış soğan, sarımsaq və bibərləri qovurun. Kub şəklində doğranmış badımcanları əlavə edib qapağı bağlı şəkildə yumşalana qədər bişirin. Daha sonra duz və ədviyyatları əlavə edib qarışdırın. İçliyi soyumağa qoyun.
Xəmir üçün un və duzu qarışdırın. İlıq suyu az-az əlavə edərək orta sərtlikdə xəmir yoğurun. Xəmiri 15 dəqiqə dincə qoyun.
Dincəlmiş xəmirdən kiçik kündələr hazırlayıb nazik yayın. İçərisinə badımcanlı içlik qoyun və kənarlarını bağlayın.
Gözləmələri yağsız, yaxşı qızdırılmış tavada hər iki tərəfi qızarana qədər bişirin. Hazır olduqdan sonra üzərinə kərə yağı çəkin.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью