Badminton üzrə Azərbaycan millisi dünya reytinqində irəliləyib

09.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 oktyabr, AZƏRTAC

Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması reytinqdə 4 pillə irəliləyərək 23-cü sıraya yüksəlib. Komandanın hesabında 2300 reytinq xalı var.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan Azərbaycan millisi ötən illər ərzində ümumi sıralamada 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı yerdə qərarlaşmışdı. Badminton yığması son 9 ay ərzində reytinqdə 22 pillə irəliləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью