Badminton yarışının qalibləri bilindi

13.01.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 12 dövlət qurumundan 28 əməkdaş (11 qadın, 17 kişi) iştirak edib.

Qadınlar arasında Şəlalə Mərdəliyeva, Səbinə İmaməliyeva (hər ikisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)) və Samirə Cəfərova (SOCAR) fərqləniblər.

Kişilərin mübarizəsində isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı Ramil Hacıyev birinci olub. Kənan Şıxəliyev və İlqar Alqayev (hər ikisi ƏƏSMN) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью