Badmintonçularımız Botsvanada 6 medal qazanıblar

25.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər.

Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələniblər.

“Turan” 2 yoxlama matçı keçirib “Qarabağ” və “Azəryol” rəqiblərinə şans verməyiblər Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib “Kür” növbəti mərhələyə yüksəlib “Kür” Avropa kubokunda növbəti matçına çıxacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью