Badmintonçularımızdan 4 medal

16.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan təmsilçiləri “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirini 1 qızıl, 2 gümüş və 1 bürünc medalla tamamlayıblar.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

İlk dəfə “Junior International Series” statusunda keçirilən yarışda 9 ölkədən 64 idmançı qüvvəsini sınayıb.

Kişilər arasında cütlüklərin mübarizəsində Ülvi Hüseynov – Əmirxan İmanov dueti həlledici matçda ABŞ-dən olan rəqiblərini 2:0 (21:16, 23:21) hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınların cütlük yarışında Leyla Camalzadə – Yağmur Quliyeva tandemi, fərdi mübarizədə isə Ülvi Hüseynov turnirin gümüş mükafatçısı olublar.

Qarışıq-cütlük kateqoriyasında Əmirxan İmanov – Yağmur Quliyeva ikilisi bürünc medala sahib çıxıb.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (8 500 manat) təşkil edib.

Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqviminə salınan yarışın əsas qayəsi gənc badmintonçuların beynəlxalq təcrübəsini artırmaq, onların peşəkar inkişafına təkan vermək və yığmada rəqabət mühitini gücləndirməkdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью