Badmintonçularımızdan 7 medal: 3 qızıl, 2 gümüş, 2 bürünc

18.11.2024

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov - Diki Pangestu və qarışıq qoşa kateqoriyada Aqil Qəbilov - Era Maftuha tandemi əldə ediblər.

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyada isə Cahid Əlhəsənov - Həcər Nuriyeva dueti gümüş medala sahib çıxıblar.

Daha 2 bürünc mükafatı fərdi çıxışda Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva - Era Maftuha cütlüyü millinin hesabına yazdırıblar.

FHN-in əməkdaşları üzgüçülük yarışında uğurla çıxış ediblər Badmintonçumuz Türkiyədə qızıl medal qazanıb Təmsilçimiz bürünc medal qazanıb Atıcımız dünya çempionu olub Təmsilçilərimiz Nitsa turnirində
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью