Badmintonçularımızdan İranda 2 medal FOTO

27.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İranın Simnan şəhərində gənc badmintonçular arasında beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin idmançıları 2 kateqoriya üzrə fərqləniblər.

Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək badmintonçuların mübarizəsində qızıl medala layiq görülüb. Yarışa 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.

Ülvi Hüseynov - Əmirxan İmanov cütlüyü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью