Badmintonçularımızdan Zambiyada 7 medal

18.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zambiyanın paytaxtı Lusakada badminton üzrə beynəlxalq turnir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışda Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

"Zambia International"da qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi birinci yeri tutublar.

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.

Daha 2 bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha əldə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью