Badmintonçularımızdan Zambiyada 7 medal FOTO İdman və Biz

18.11.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zambiyanın paytaxtı Lusakada badminton üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

"Zambia International"da qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi birinci yeri tutublar.

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.

Daha 2 bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha əldə ediblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью