Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, BAEA-nın baş direktoru Rafael Qrossi bu barədə pilotsuz uçuş aparatı hücumuna məruz qalmış Baraka Atom Elektrik Stansiyası ərazisinə səfərindən sonra məlumat verib.
Onun sözlərinə görə, BƏƏ hakimiyyəti insidentə operativ reaksiya verib və xarici enerji təchizatının kəsilməsindən sonra reaktorun dayandırılması da daxil olmaqla zəruri təhlükəsizlik tədbirləri həyata keçirib.
Qrossi bildirib ki, stansiyanın fəaliyyətinin tam bərpası üçün bir sıra texniki tədbirlərin görülməsi tələb olunur. Bununla yanaşı, o, təhlükəsizlik səbəblərini və insidentin nəticələrinin qiymətləndirilməsinin davam etdiyini əsas gətirərək qarşıdakı işlərin təfərrüatlarını açıqlamayıb.
BAEA-da vurğulanıb ki, qurum Əmirlik tərəfi ilə əməkdaşlığı davam etdirir və atom infrastrukturunun təhlükəsiz istismarının təmin edilməsi məqsədilə zəruri ekspert dəstəyi göstərir.
Qeyd edək ki, BƏƏ rəsmilərinin məlumatına görə, Baraka Atom Elektrik Stansiyasını hədəf alan üç pilotsuz uçuş aparatından ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, üçüncüsü isə stansiyanın daxili təhlükəsizlik zonasından kənarda yerləşən elektrik generatoruna dəyərək yanğına səbəb olub. Hücumun İraq ərazisindən həyata keçirildiyi bildirilsə də, hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb; BƏƏ isə İranın dəstəklədiyi silahlı qruplardan şübhələndiyini açıqlayıb.
Nəticədə xarici enerji təchizatı müvəqqəti olaraq kəsilib və reaktorlardan biri ehtiyat enerji sistemlərinə keçirilib. Bununla belə, radiasiya sızması və ya insan tələfatı qeydə alınmayıb, zərər əsasən elektrik generatoru və enerji infrastrukturuna dəyib.
Bizimyol.info