Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Atletiko”nun futbolçusu Aleks Baena “Real”ın baş məşqçisi Joze Mourinyonun Madrid derbisindən sonra səsləndirdiyi fikirlərə münasibət bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, futboçu "Real"ın hakimləri tənqid etməsini ənənəvi hal sayıb.
“Uduzduğu üçün şikayətlənir. Əgər hər şey əksinə olsaydı, bu mübahisəli hakimlik barədə bu qədər danışılmazdı.
Həmişə belə olur: “Real” “Atletiko”ya uduzanda diqqətini özünə yönəltmək əvəzinə, başqa səbəblər axtarmağa çalışır.
İsterikadır? Bunu tamamilə belə adlandırmaq olar. Kağızlarla təşkil olunan bu tamaşa mənə məhz isterika və məğlubiyyəti qəbul edə bilməmək kimi görünür”, – deyə Baena bildirib.
Mourinyo “Atletiko”ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransına oyundakı mübahisəli epizodların çap olunmuş görüntülərini nümayiş etdirib.