Baerbok onlara çağırış etdi “Almaniyaya gəlməyin”

16.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Suriyada süqut etmiş Əsəd rejiminin tərəfdarları Almaniyaya keçəcəkləri təqdirdə həbs edilərək mühakimə olunacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok “Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Almaniyaya gəlmək istəyən rejimin əlaltıları qanunun bütün gücü ilə törətdikləri dəhşətli cinayətlərin hesabını verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью