Bafetimbi Qomis futboldan getdi

11.11.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İki mövsüm Türkiyədə "Qalatasaray"da çıxış edən Bafetimbi Qomis futbolçu karyerasını 39 yaşında bitirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 
sonuncu dəfə Yaponiyanın “Kavasaki Frontale” komandasında çıxış edən 39 yaşlı fransalı hücumçu peşəkar futbolçu karyerasını başa vurub.

Gomis, karyerası boyu “Sent-Etyen”, “Troyes”, “Lion”, “Suonsi”, “Marsel”, “Qalatasaray”, “Əl-Hilal” və “Kavasaki Frontale” klublarında çıxış edib. Sözügedən komandalarda 637 oyuna çıxan Qomis 329 qol vurub, 70 məhsuldar ötürmə edib.

Fransa Milli Komandasında da 12 oyunda çıxış edən və 3  qol vuran Qomis karyerasında ümumilikdə 13 kubok qazanıb.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью