Baffetin övladları milyardları bölə bilmirlər

19.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

96 yaşlı amerikalı investor Uorren Baffetin üç övladı atalarının sərvətini necə bölüşdürəcəklərinə hələ qərar verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Baffetin varislərindən ən böyüyü, 73 yaşlı Syuzi Baffet ümumi fond yaradılacağı, yoxsa hər bir övladın öz payına müstəqil şəkildə qərar verəcəyi barədə dəqiq bilmədiyini deyib. O, vəsaitin bir hissəsinin uşaqların təhsilinə yönəldilməsi imkanını da nəzərdən keçirir.

Milyarderin digər övladı, 2025-ci ilin sentyabrından “Berkshire Hathaway” şirkətinin Direktorlar Şurasının sədri olan 71 yaşlı Hovard Baffet isə səhiyyə layihələrinə dəstək verməyi planlaşdırır.

Baffetin kiçik oğlu, 68 yaşlı Piter isə heç kimin milyardlarla dollara sahib olmasının vacib olmadığını düşünür.

Qeyd edək ki, Uorren Baffetin sərvəti 145 milyard dollar qiymətləndirilir. Bu göstərici ilə o, dünyanın ən varlı insanları arasında onuncu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью