Bağ evində donuruq Paşinyan

29.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətə məxsus bağ evlərinin zəif qızdırılmasından şikayətlənib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, Ermənistan hökumətinin iclasında danışıb.

“Hökumət üzvlərinin iqamətgahı qışda heç vaxt isinmir. Orada yaşayanlar az qala İcevandan odun sobası göndərməyi xahiş edirlər”, - deyə, Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, söhbət onun donmasından deyil, dövlət büdcəsindən istilik üçün qazın alınmasına xərclənən pullardan gedir.

“Yaxşı, bir dəfə donduq, iki, üç, dörd - altıncıda “qızdırıcını yandıraq” - deyəcəyik, qaz yanır, bizi qızdırmır, Lakin bunun üçün kimdən pul çıxır - dövlət büdcəsindən!”, - deyə, Ermənistan baş naziri qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью