Bağayarpağını tanı sağalt yaraxoranı

28.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yabanı bitən və xüsusi becərilməyən bağayarpağından orta əsrlərdə yaraları sağaltmaq üçün istifadə ediblər. Eyni zamanda, bağayarpağı tənəffüs və həzm orqanlarının, reproduktiv və sinir sistemi xəstəliklərini də müalicə edir. Dərman və məlhəm xammalı kimi adətən yarpaqlar, toxum və şirəsindən istifadə olunur.

Bağayarpağı vitaminlə zəngin olduğu üçün salatlara və yaz şorbalarına da əlavə edilir. Kosmetologiyada onun müalicəvi xüsusiyyətlərindən – sızanaqları, qırışları, yağlı dəriləri və kəpəkləri aradan qaldırmaq üçün geniş istifadə olunur.

Bağayarpağında ürək xəstəliklərində istifadə olunan qlükozid akubinlə yanaşı, kalsium və maqnezium, flavonoidlər və polisaxaridlər, taninlər, fitonsidlər, K vitamini, pektin, askorbin, limon və kumarin turşuları var. Bitkinin, demək olar ki, bütün komponentləri müalicəvi xüsusiyyətlərə malikdir.

Belə ki, polisaxaridlər vitaminlərlə birlikdə toxumaların bərpası prosesini sürətləndirir. K vitamini durulaşdırıcı təsir göstərir. Bitkinin tərkibində olan fermentlər və fitonsidlər tənəffüs yollarının epitelinin qoruyucu funksiyalarını bərpa edir. Flavonoidlər, saponinlər və pektinlər qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

Z.HÜSEYNLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью