Bağça barədə narazılıq: Uşaqlarımızın aqibəti necə olacaq?

13.07.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

21 saylı bağçanın bağlanacağı ilə bağlı iddialar sakinlərin narazılığına səbəb olub. Onlar bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Sakinlər bağçanın fəaliyyətinin davam etdirilməsini istəyirlər.

"Bağça işləmir. Deyirlər ki, bağlanacaq. Saxlayanım da yoxdur, uşağımı kimə tapşırım?!" - deyə sakinlərdən biri narazılığını bildirib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən qeyd olunub ki, 21 nömrəli uşaq bağçası hazırda fəaliyyətini davam etdirir və məktəbəqədər təhsil müəssisəsinin bağlanması ilə bağlı hər hansı qərar qəbul edilməyib: "Yaxın müddət ərzində bağçaya qəbulla bağlı sistem açılacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью