Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı VİDEO

17.04.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.

Bakıvaxtı.az xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.

Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.

Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.

Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью