Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayıb

27.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proses dekabrın 4-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью