Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ!

25.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi noyabrın 27-dən başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək.

Qeyd edilib ki, Müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью