Bağça uşaqları ən çox nədən xəstələnirlər?

05.06.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb.

Milli.Az bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib.

Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub.

Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən çox belə xəstəlik aşkarlanıb.

Uşaqlar arasında angina (kəskin tonzillit, 15653 yoluxma), pnevmaniya (234), skarlatina (429), bakterial dizenteriya (211), bədbəxt hadisə, zəhərlənmə və zədələr (62) və digər xəstəliklər (4406) aşkarlanıb./modern.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью