Bağçada azyaşlı ilə bağlı yayılan məlumatlar araşdırılır

01.09.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb.

Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlının tibbi müayinəsi zamanı onun orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlandığı barədə məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar uşağın valideynləri Dövlət Komitəsinə dəvət olunub və onlardan baş verənlərlə bağlı ətraflı məlumat alınıb. Faktın obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью