Bağçada divar uşaqların üzərinə AŞDI

02.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiyanın Kaluqa vilayətində uşaq bağçasında kərpic divarın uçması nəticəsində üç uşaq xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı bu barədə məlumat yayıb.

Hadisənin Obninsk şəhərində yerləşən “Düyməcik” uşaq bağçasının verandasında baş verdiyi bildirilir. Uçan kərpiclər iki 6 yaşlı və bir 4 yaşlı uşağın üzərinə düşüb.

Yaralı uşaqlar yerli travmatologiya şöbəsinə yerləşdirilib. Onlara ətrafların əzilməsi və sıyrıqlar diaqnozu qoyulub. Uşaqlardan birində qapalı kəllə-beyin travması da aşkarlanıb.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью