Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Minnesota ştatındakı uşaq bağçasında dayə körpəni ilk yaşının tamamına beş gün qalmış boğaraq öldürüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 22 sentyabr 2025-ci ildə qeydə alınıb.
Hüquq-mühafizə orqanları 18 yaşlı Tea Rasselin zəngindən sonra müəssisəyə gəlib.
O, telefonla 11 aylıq Narvi Maklbastın qəfil nəfəs almadığını bildirib. Uşağı reanimasiya etməyə çalışsalar da, bu mümkün olmayıb.
Üç ay davam edən araşdırma zamanı hüquq-mühafizə orqanları müəyyən edib ki, oğlanın ölümündən əvvəl də həmin uşaq bağçasında oxşar hadisələr olub.
Bundan üç gün əvvəl polis həmin ünvan üzrə yenə çağırış alıb, çünki tərbiyə olunan uşaqlardan birində nəfəs alma problemi və ağızdan qan gəlməsi müşahidə olunub.
Zərərçəkmiş uşağın vəziyyətini stabilləşdirmək mümkün olub. Hadisə zorakılıqla bağlı olmayan hal kimi qiymətləndirilib.