Bağçalar üçün yeni model hazırlanır

04.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işləyirik".

Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

O deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью