Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Uşaq bağçalarına kişi müəllimlərin cəlb olunması son günlərdə çox müzakirə edilir və açığı, bu addımın həm real ehtiyac, həm də böyük potensial olduğunu düşünürəm. Bu gün bağça sistemində müəllim heyətinin demək olar ki, hamısı qadınlardan ibarətdir. Halbuki erkən yaş dövründə uşaqların həm qadın, həm də kişi rol modellərini görməsi onların sosial və emosional inkişafı üçün son dərəcə vacibdir. Dünyada aparılan araşdırmalar göstərir ki, bu balans uşaqların özgüvənində, davranış tənzimləməsində və ünsiyyət bacarıqlarında müsbət təsir yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
O bildirib ki, Fransada bunun şahidi olub:
“Mən özüm bunu Fransada canlı görmüşəm — bir kişi müəllimin bağçada necə şövqlə işləməsi, uşaqların ona göstərdiyi sevgi və inam, bütün qrupun ona necə bağlanması insana “bu iş kişilərin də sevdiyi, bacardığı bir peşədir” fikrini çox rahat qəbul etdirir. Finlandiya, Norveç, Böyük Britaniya və Sinqapur kimi ölkələrdə də kişi pedaqoqların bağçalara cəlb olunması artıq illərdir uğurla tətbiq olunur və nəticələr çox müsbətdir.
Ancaq məsələ təkcə müəllimlərlə bitmir — burada daha geniş bir sosial problem də var. Bir çox hallarda ata şəxsi olaraq təhsildən, məktəb-bağça prosesindən kənarda qalır. Valideyn iclaslarında demək olar ki, yalnız anaları görürük, WhatsApp qruplarında isə ataların əksəriyyəti ümumiyyətlə yoxdur. Uşağın bağça həyatında ata fiqurunun aktiv olması onun təhlükəsizlik hissinə, sosial davranışına və emosional inkişafına müsbət təsir göstərir. Amma bizdə bir çox ata bu prosesdən uzaq durduğuna görə uşağın həm ailədə, həm də təhsil mühitində yalnız qadın xarakterli nümunələr görməsi balansı pozur”.
Ekspert qeyd edib ki, məhz bu baxımdan uşaq bağçalarında kişi müəllimlərin olması təkcə pedaqoji yenilik deyil, həm də sosial bir mesajdır:
“Uşağın təlim-tərbiyəsi yalnız qadınların işi deyil.” Bu, həm cəmiyyətdəki yanlış stereotipləri qırır, həm də ataların övladlarının təhsil prosesinə daha aktiv qoşulmasına dolayı motivasiya yaradır. Çünki uşaq həm evdə, həm bağçada kişi rol modelləri gördükcə, ata da bu sistemdə özünü daha vacib bir hissə olaraq dərk edir.
Ona görə də düşünürəm ki, Azərbaycanda da kişi müəllimlərin bağçalarda işləməsi uğurla tətbiq oluna bilər.
Əsas məsələ doğru izah, şəffaflıq və peşəkarlıqdır. Uşaqlar üçün əsas olan diqqət, sevgi və məsuliyyətdir — müəllimin qadın və ya kişi olmasının o qədər də fərqi yoxdur. Amma müxtəlif nümunələr uşaqların dünyasını daha zəngin edir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.