Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbulu başlayıb | Icma.az
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitundan bildirilib.
Qeyd olunub ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr - 04 dekabr tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu