Bağçalara qeydiyyat dayandırılır

21.08.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 5 avqust tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni elektron növbələrin yaradılması müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul "myGov" platforması vasitəsilə elektron qaydada həyata keçirilir.
Xatırladaq ki, regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılmasına 7 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə isə 9 iyul saat 11:00-dan başlanılıb.
Bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən təşkil olunub. Valideynlər (qanuni nümayəndələr) "myGov" kabinetində "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçərək elektron müraciət ediblər.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью