Bağçalarda çalışanlara vacib xəbər İmtahanın vaxtı dəyişdi

26.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bağçalarda çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 2026-cı il dekabrın 19–20-də keçiriləcək. Məişət texnikası

Tarixin dəyişdirilməsi imtahan prosesinin səmərəli təşkili, zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə əlaqədardır.

İmtahanın dəqiq keçirilmə vaxtı və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd olunub ki, təhsilverənlərin imtahana hazırlığını dəstəkləmək məqsədilə yaxın günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlər də təşkil ediləcək.

Xatırladaq ki, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını qiymətləndirmək, onların peşəkar inkişafını dəstəkləmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью