Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 noyabr, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi noyabrın 27-dən dekabrın 4-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 27-si saat 11:00-dan dekabrın 4-ü saat 11:00-dək portala daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.