Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı uşaqların inkişafı üçün bir sıra təkliflər irəli sürülüb.
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsini təklif edilib.
S.Əliyeva uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması üçün bunun mühüm olduğunu deyib.
Ombudsman bildirib ki, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir.Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaq bağçalarında uşaq psixoloqu və erkən inkişaf üzrə mütəxəssis ştatlarının yaradılması təklifinin uşaqların sağlam və sosial inkişafı üçün gərəkli addım olduğunu qeyd edib.
R.Nəcəfov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu təşəbbüs uşaqların gələcəkdə sağlam və sosial inkişafını tənzimləyəcək:“Uşaqların olduğu bütün mühitlərdə uşaq psixoloqlarının olması onların psixi sağlamlıqlarının təminatıdır.
Uşaq bağçalarında və digər məktəbəqədər xidmət göstərən bütün müəssisələrdə uşaq psixoloqlarının olması uşaqların duyğularını tanıması və ifadə etməsinə, sosial bacarıqlarının inkişafına müsbət təsir edəcək.
Bu, onların gələcəkdə sağlam münasibətlər qurmasına və cəmiyyətə inteqrasiyasına kömək etmiş olacaq.