Bağçalarda uşaqlara bu yeməklər verilməlidir RƏSMİ SİYAHI | Icma.az
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu günlərdə dövlət bağçasında uşaqlara quru çörək verilməsi faktı ictimaiyyətdə ciddi narazılıq doğurdu və nəticədə həmin bağçanın müdiri işdən azad edildi.
Bu hadisə dövlət müəssisələrində uşaqların qidalanması ilə bağlı müəyyən suallar doğurub.Maraqlıdır, bağçalarda yemək keyfiyyətinə mütəmadi nəzarət olunurmu və bu proses hansı qaydalarla tənzimlənir?
MÖVZU İLƏ BAĞLI:Uşaq bağçasında QALMAQAL - Azyaşlılara ət əvəzinə toyuğun dərisini kotlet edib verirlər?
- VİDEO Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığı, təhlükəsizliyi və düzgün qidalanması prioritet istiqamətlərdəndir və bu məsələlər daim diqqət mərkəzində saxlanılır:“Bağçalarda qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir.
Qida gün ərzində müəssisələrin iş saatlarına uyğun təşkil olunur.
2023-cü ildən etibarən paytaxt və bir sıra bölgələri əhatə edən 446 bağçada qidalanma ilə bağlı pilot layihə icra edilir.
Layihə çərçivəsində vahid menyu tətbiq edilir və yeməklərin bir qismi özəl şirkətlər tərəfindən çatdırılır, digər hissəsi isə birbaşa müəssisələrin özündə hazırlanır”.Agentlikdən əlavə olunub ki, uşaqların qidalanmasında zülal, karbohidrat, mineral və vitamin balansına xüsusi diqqət yetirilir:“Valideynlərlə birlikdə uşaqların allergik reaksiyaları da müəyyənləşdirilir və menyuda bu amillər nəzərə alınır.
Tam oxu
Xəbəri oxu