Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir? | Icma.az
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim edilən qidalar valideynləri maraqlandıran əsas məsələlərdən biridir.
Övladını bağçaya göndərməyi düşünən şəxs ilk olaraq həmin müəssisənin qida rasionu barədə fikirləşir.
Cavabını axtarıdığımız əsas sual da elə həmin qidalanma rejminə nəzarətlə bağlıdır.
Məktəbəqədər tədris müəssisələrində qidalanma necə tənzimlənir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır: "Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərimizdəndir.
Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır.
Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir.
Tam oxu
Xəbəri oxu